İbrahima Vadji “Turan Tovuz”da!
“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadjinin karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.
Aztime.az xəbər verir ki, seneqallı hücumçu Premyer Liqa təmsilçisi “Turan Tovuz”a transfer olunub.
Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.