Avqustun ortalarında ali təhsil müəssisələrinə ixtisas seçimi aparılması planlaşdırılır
“Avqustun ortalarında ali təhsil müəssisələrinə ixtisas seçimi aparılması planlaşıdırılır”.
Aztime.az “Report”a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hələ qabiliyyət imtahanları və apellyasiyalar davam edir: “İxtisas seçimi 10 gün davam edəcək”.
Qeyd edilib ki, magistraturaya boş qalan plan yerlərinə ixtisas seçiminin də avqustun ortalarında həyata keçirilməsi nəzərdə tutulub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.