“Liverpul”un ulduzu “Bavariya” ilə müqavilə imzalamaq üçün Almaniyaya gəlib
Bir müddətdir Luis Diasın transferi üçün “Liverpul” klubu ilə danışıqlar aparan alman nəhəngi “Bavariya” oyunçu ilə bütün məsələlərdə razılığa gələ bilib.
Aztime.az xəbər verir ki, Dias bu səhər Almaniya vaxtı ilə saat 06:35-də Münhenə gəlib.
“Bavariya” klubunun meneceri Sonni Şerer Diası hava limanının çıxışında qarşılayıb.
Futbolçu sağlamlıq testlərindən keçdikdən sonra tərəflər arasında üç illik müqavilə imzalanacaq.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.