Orban: “Brüssel alt-üst edilsə belə, Ukrayna Avropa İttifaqına qəbul edilməməlidir”
“Ukraynanı Avropa İttifaqına (Aİ) və NATO-ya cəlb etmək üçün növbəti cəhdlər Qərblə Rusiya arasında güc balansının pozulmasına gətirib çıxaracaq və Moskvanın cavab addımlarına səbəb olacaq”.
Aztime.az-ın M1 telekanalına istinadən verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla Macarıstanın baş naziri Viktor Orban çıxış edib.
O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü irəli sürülərsə, o zaman alyansın üzvləri “həmişə ekzistensial böhran içində” olacaqlar.
Orban bildirib ki, eyni səbəbdən Ukrayna Aİ-yə də qəbul edilməməlidir, çünki bu, Rusiya ilə də müharibəyə gətirib çıxaracaq. Onun sözlərinə görə, bütün Brüssel alt-üst edilsə belə, buna yol vermək olmaz.
Qeyd edək ki, daha əvvəl də Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukraynanı Aİ və NATO-ya qəbul etmək cəhdləri Avropa ilə Rusiya arasında birbaşa silahlı münaqişəyə gətirib çıxaracaq və faktiki olaraq üçüncü dünya müharibəsinə səbəb olacaq.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.