Lukaşenko Estoniyanın ona tətbiq etdiyi sanksiya barədə: “Görəsən, həyatda qala biləcəm?”
Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniya tərəfindən onun ölkəyə girişini qadağan edən sanksiyalara ironik reaksiya verib.
Aztime.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.
“Prezidentin bugünkü “səs-küylü” xəbərə münasibətindən danışa bilərəm. Prezident sözbəsöz bunu dedi: “Heç vaxt, “təəssüf ki”, Estoniyada olmamışam… Və sanksiyaların tətbiqindən sonra fikirləşirəm – görəsən, həyatda qala biləcəm?” – deyə Eysmont bildirib.
Qeyd edək ki, Estoniya hökuməti Belarusun 273 vətəndaşının, o cümlədən respublika Prezidenti Aleksandr Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.