ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində Kiyevi günahlandırıb və buna səbəb kimi ölkənin NATO-ya üzv olmaq istəyini göstərib.
Aztime.az-ın xəbərinə görə, bu sözləri Tramp “Time” jurnalına müsahibəsində deyib.
“Düşünürəm ki, müharibəyə onlar NATO-ya daxil olmaq haqqında danışmağa başlayanda start verildi”, – deyə Tramp qeyd edib.
Tramp, həmçinin Krımla bağlı da fikrini açıqlayıb.
“Krım Rusiyanın tərkibində qalacaq. Volodimir Zelenski də bunu başa düşür”, – deyə o əlavə edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.