Bakıda yeni avtobus parkı tikiləcək
Bakıda yeni avtobus parkı tikiləcək.
Aztime.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb. Yeni avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində – Albalılıq adlanan ərazidə tikiləcək.
Tikinti işlərinə xərclənəcək maliyyə vəsaitinin həcmi də məlumdur. Məlumata görə, tikinti işlərinə 12.9 milyon manat xərclənəcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.