Amerika Ukraynaya silah yardımı ayrılmasını TƏSDİQLƏDİ
ABŞ Ukraynaya 322 milyon dollar dəyərində silah və avadanlıq satışını təsdiqləyib.
Aztime.az xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatına görə, satışın təxminən 172 milyon dolları “HAWK Phase III” raket sistemləri, təminat sistemləri və peyk avadanlıqlarına ayrılıb.
Qalan 150 milyon dollar isə “Bradley” döyüş maşınları, onların təmiri və texniki dəstəyi üçün nəzərdə tutulur.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.