ABŞ dövlət katibi Marko Rubio deyib ki, NATO yükün əsas hissəsini ABŞ-ın üzərinə götürdüyü bir ittifaqa çevrilməkdənsə, tamhüquqlu müdafiə ittifaqı olaraq qalmalıdır.
Aztime.az xəbərinə görə, Vaşinqton hesab edir ki, Alyans bütün üzvlərin bərabər iştirakı prinsipi əsasında qurulmalıdır.
“NATO mühüm və faydalı ittifaqdır. Aparıcı iqtisadiyyatlarla və inkişaf etmiş silahlı qüvvələri olan ölkələrlə əməkdaşlıq imkanı ABŞ-ın mövqeyini gücləndirir. Bu, bizim maraqlarımıza uyğundur”, – Rubio qeyd edib.
Eyni zamanda o, ittifaqın bütün üzvlərin bərabər iştirakı prinsipi əsasında qurulmalı olduğunu vurğulayıb.
“Müttəfiqlik yalnız tərəfdaşlar öz öhdəliklərini yerinə yetirdikdə məna kəsb edir. Bəzi ölkələr ÜDM-in cəmi 1-1,2%-ni müdafiəyə xərclədikdə, bu, artıq tərəfdaşlıq deyil, asılılıqdır”, – Dövlət Departamentinin rəhbəri yekunlaşdırıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.