“Ukraynanın bərpasına 60 milyard avro ayrılacaq”.
Aztime.az “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Londonda başa çatan Ukraynanın bərpasına dair beynəlxalq konfransda Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
“Ukraynaya dəstək olmaq üçün ümumilikdə 60 milyard avro ayrılacaq. Xüsusilə, Aİ-nin açıqlamasını qeyd etmək istəyirəm. Aİ büdcəsindən növbəti üç il ərzində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması, eləcə də eyni müddət ərzində Dünya Bankının zəmanətləri şəklində 3 milyard dollar ayrılması Ukraynaya makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan verəcək”, -deyə Kleverli bildirib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.