Prezident Ukraynaya yeni səfir təyin etdi
Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Aztime xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.