Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi
“Demokratların başçılıq etdiyi əvvəlki administrasiyalar tərəfindən ABŞ kəşfiyyatının seçkilər və Rusiyanın hərəkətlərinə dair məlumatlarının manipulyasiya edilməsi dövlətə xəyanət olub”.
Aztime.az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp vurğulayıb ki, onlar seçkilərin nəticələrini oğurlamağa çalışıblar.
Jurnalistlər Trampa 2016-cı il ABŞ-də prezident seçkisinə Rusiyanın iddia edilən müdaxiləsini araşdırarkən kimə diqqət yetirməli lazım olduğu barədə sual ünvanlayıblar.
“Oxuduqlarıma əsasən, bu, Obama ola bilər. O təqsirkardır, bu, aydın məsələdir”, – deyə Tramp cavab verib.
Ağ Ev rəhbəri hesab edir ki, Obama seçki kampaniyasına zərər vermək üçün Federal Təhqiqat Bürosunun məlumatlarını manipulyasiya edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.