Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiya ilə əlaqəsi olan 134 gəmiyə qarşı sanksiya tətbiq edib.
Aztime.az xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yenilənmiş qara siyahı sübut edir.
Sənəddə bildirilir ki, məhdudiyyətlərə məruz qalan gəmilərin sayı 290-dan 424-ə yüksəlib.
Bundan əlavə, London Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən iki şirkət – “Intershipping Services” və “Litasco Middle East DMCC”yə də məhdudiyyətlər tətbiq edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.