Rusiya prezidenti Vladimir Putin bəzi Avropa rəsmilərinin Avropa liderlərini 9 mayda Moskvaya gəlmək planlarına görə təhdid etməsinə münasibət bildirib.
Aztime.az “Sputnik”ə istinadən xəbər verir ki, Rusiya dövlət başçısı hesab edir ki, Avropa rəsmilərinin bu təhdidləri həyata keçirmək üçün zəruri alətləri yoxdur.
“Birincisi, bu təhdidlərin həyata keçirilməsi üçün zəruri alətlərə malik olmaq lazımdır. İkincisi isə, bu imkanlardan istifadə etməyə hazır olmaq lazımdır. Mən Avropa rəsmilərinin bu imkanlara malik olub-olmadığını bilmirəm”, – deyə Putin jurnalistlərin sualını cavablandırarkən bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiyaya gəlmək niyyətində olan Avropa liderləri cəsarət nümayiş etdirirlər:
“Onlar qat-qat cəsurdular. Lakin təhdid edənlər kiminsə arxasında gizlənirlər və başqalarına – nasizmlə mübarizədə həyatını qurban verən insanların tarixi xidmətlərini qeyd etmək istəyənlərə təhdidlər səsləndirməyə çalışırlar”, – deyə o əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı və Aİ-yə namizəd ölkələrin liderlərinə Moskvada faşizm üzərində qələbənin 80 illiyi tədbirlərində iştirak qadağan olunub və bunun üçün sərt cəzalar nəzərdə tutulur. Bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra Latviya XİN rəhbəri Bayba Braje və Aİ-nin baş diplomatı, Estoniyanın sabiq baş naziri Kaya Kallas bəyan ediblər. Kaya Kallas Avropa liderlərini 9 mayda Moskvaya yox, Kiyevə getməyə, Ukraynaya dəstək nümayiş etdirməyə çağırıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.