ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək? – Konqresmenlər SƏS VERDİLƏR
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın uzadılmasını dəstəkləyib. Konqresmenlərin böyük əksəriyyəti lehinə səs verib.
Aztime.az-ın Obozrevatel.com-a istinadən xəbərinə görə, bu barədə respublikaçı konqresmen Don Beykon məlumat verib.
Növbəti mərhələdə qanun layihəsinin Senatda nəzərdən keçiriləcəyi qeyd edilib.
“Nümayəndələr Palatası 353 lehinə, 76 əleyhinə səs verərək, Ukraynaya hərbi yardımın davam etdirilməsi böyük səs çoxluğu ilə dəstəkləndi”, – deyə o bildirib.
Qanun layihəsi Nümayəndələr Palatasında ikitərəfli dəstək aldığı üçün daha sonra Senatda baxılmalıdır. ABŞ parlamentinin yuxarı palatasında baxıldıqda qanun layihəsinin mətni dəyişdirilmədən qəbul oluna və ya ona düzəlişlər edilə, yaxud da tamamilə rədd edilə bilər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.