Ukrayna NATO-nun bir hissəsi olmayacaq
“Ukrayna NATO-nun bir hissəsi olmayacaq, Kiyevin alyansa daxil olması məsələsi müzakirə olunmur”.
Aztime.az “Fox News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
“Biz son dərəcə açıq şəkildə bəyan etdik: NATO müzakirə xaricindədir. Siz (Ukrayna – red.) NATO-nun bir hissəsi olmayacaqsınız. Bu yeni bir fikir deyil. Biz bu barədə 2008-ci ildən danışırıq” , – deyə o bildirib.
Xüsusi nümayəndə vurğulayıb ki, həmin vaxt ABŞ-nin Rusiyadakı səfiri Uilyam Berns bu hədəfin qeyri-mümkün olduğunu o vaxtkı dövlət katibi Kondoliza Raysın diqqətinə çatdırıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.