Tacikistanda baş verən zəlzələ Özbəkistanda da hiss olundu
Tacikistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Aztime.az xəbər verir ki, bu barədə Özbəkistan Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonundan 69 kilometr cənubda, Tacikistanın Əfqanıstanla sərhədi yaxınlığında baş verib
Yerin 120 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Yeraltı təkanlar Özbəkistanda da hiss olunub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.