“Strasburq” klubu adını futbol tarixinə yazdırdı
Fransanın “Strasburq” klubu Avropanın top-5 liqaları tarixində ilkə imza atıb.
Aztime.az xəbər verir ki, komanda “Metz”lə keçirilən oyuna yalnız XXI əsrdə doğulmuş futbolçulardan ibarət start heyəti ilə çıxıb.
Bu göstərici Avropanın aparıcı liqaları üçün ilk dəfə qeydə alınıb.
Maraqlıdır ki, həmin görüşdə “Strasburq”un orta yaş həddi cəmi 20.4 olub. Ən yaşlı futbolçu isə sadəcə 22 yaşında olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.