Son səkkiz il planetin tarixində ən isti il olub, keçən il isə Avropa və Çin misli görünməmiş isti yayı yaşadı. Meteoroloqlar hərkəsə xəbərdarlıq edib və bildirib ki, iqlim dəyişikliyi ilə bağlı yeni kataklizmlərə hazır olmaq lazımdır.
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının çərşənbə günü dərc etdiyi son beşillik proqnozu əvvəlkilərdən daha pisliyə gedəcəyini göstərir . Bildirilir ki, 98% ehtimalla 2023-2027-ci illərdə orta temperaturun son beş ildəkindən daha yüksək olacaq və müşahidə etdiyimiz ən isti il olan 2016-cı ilin rekordu qırılacaq.
Proqnoz üzərində işləyən alimlərdən biri Leon Hermanson deyib ki, planetdə temperatur yüksəlməyə davam edəcək və bizim öyrəşdiyimiz iqlim tarixə qovuşacaq
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.