Milli Hidrometerologiya xidməti aprelin 17-də gözlənilən hava haqqında məlumat yaydı
Aztime.az Milli Hidrometerologiya Xidmətinə istinadən bildirir ki, aprelin 17 də Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı,səhər tədricən kəsiləcəyi gözlənilir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.