Jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət olundu
2022-ci ilin sentyabr ayindan həbs olunan və hazırda məhbus həyatı yaşayan “Xural”Media Yayinları Qrupunun rəhbəri Əvəz Zeynallının səhhətinin ağır olması ilə bağlı media nümayəndələri, hüquq müdafiəçiləri, içtimai siyasi fəallar, partiya liderləri Ölkə Başçısına müraciət göndəriblər.
Qeyd edək ki, Əvəz Zeynallı həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranib. Daha əvvəl onun gözundə ciddi əməliyyat aparılıb. Digər gözundə əməliyyat aparılmasına ehtiyac olduğu halda həbsxanada ilduğuna görə həkimlər etiraz ediblər.
Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona (qara ciyərə metastazla) bədxassəli xərçəng diaqnozu qoyulub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.