KİV: Tramp cümə günü Zelenski ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.
Aztime.az bildirir ki, bu barədə “Financial Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.
Qeyd edilir ki, görüşdə sülh danışıqlarının bərpası mövzusu müzakirə olunacaq.
Məlumata görə, bu gün Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və ölkənin Baş naziri Yuliya Sviridenkonun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Vaşinqtona səfər edəcək.
Nümayəndə heyəti həftənin sonuna qədər ABŞ-də qalacaq.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.