Tramp Putinlə görüşdən əvvəl Zelenski ilə danışacaq
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Aztime.az-ın məlumatına görə, bu barədə “ABC News” mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, danışıqlar çərşənbə günü, 13 avqustda, Ağ Ev rəhbərinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən iki gün əvvəl baş tutacaq.
Zelenski ilə onlayn danışıqlarda ABŞ vitse-prezidenti Cey Di Vens və bəzi Avropa liderləri də iştirak edəcəklər.
Qeyd edək ki, avqustun 15-də Alyaskada Trampın Putinlə görüşü keçiriləcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.