Tramp: “Prezident olduqdan sonra həlak olma ehtimalı artır”
“Prezident olmaq çox təhlükəli işdir”.
Aztime.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən deyirəm ki, idman avtomobili pilotunun ölmə ehtimalı bir faizdir. Bu barədə düşünün. Bu, çox deyil. Öküz üzərindəki minicinin də ölmə ehtimalı o qədərdir” , – deyə o vurğulayıb.
Ağ Ev rəhbəri bu işlərin təhlükəli olduğunu etiraf edib, eyni zamanda, bildirib ki, ölkə prezidenti vəzifəsini tutduqdan sonra həlak olma ehtimalı 5 faizə qədər artır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.