UFC-nin Çikaqo mərhələsində kimlər qarşı-qarşıya gələcəklər?
Avqustun 17-də Çikaqodakı “United Center” arenasında UFC-nin möhtəşəm qarşılaşmaları baş tutacaq.
Aztime.az xəbər verir ki, gecənin əsas döyüşündə orta çəki kateqoriyasında Drikus Dü Plessi ilə Hamzat Çimayev qarşılaşacaq.
Ortaq əsas döyüşdə isə yüngül çəki kateqoriyasında Leron Mörfi ilə Aaron Piko qüvvəsini sınayacaq.
Ən yüngül çəki kateqoriyasında Tim Elliot və Kai Asakura arasında mübarizə də maraqla gözlənilir. Gecənin digər yüngül çəki döyüşündə Edson Barboza və Drakkar Klose rinqə çıxacaqlar.
Orta çəkidə isə Cared Kannonyerlə Maykl Peyc oktagona çıxacaq.
Yüngül orta çəki dərəcəli döyüşçülərin qarşılaşmasında Ceff Nil və Karlos Prates döyüşəcəklər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.