SEPAH mediası Pezeşkiana ittihamlar yağdırır
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan “Tasnim News” agentliyi İran Prezidenti Məsud Pezeşkianı tənqid edən məqalə dərc edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Yazıda M.Pezeşkianın son açıqlamalarının “neytral” və “zəif” olduğu, İranın Ali Rəhbərinin siyasətinə zidd olduğu və ölkənin nüfuzuna xələl gətirdiyi bildirilir.
M.Pezeşkianın onu tənqid edənlərə verdiyi cavabı misal gətirən sayt, prezidentin sözlərinin İranın rəqibləri qarşısında acizliyini göstərdiyini iddia edib.
Onun – “Sən danışmaq istəmirsən? Bəs nə etmək istəyirsən? Müharibə istəyirsən? Yaxşı, hücum etdi; indi düzəldək, gəlib yenə vuracaq!” – dediyi açıqlamaları nümunə gətirilib.
Məqalədə, habelə onun qonşu ölkələrlə münasibətlərdəki çətinliklərə dair açıqlamaları, hicab məcburiyyətinin əleyhinə çıxması və İran mediasının Zəngəzur dəhlizi ilə bağlı xəbərləri şişirtməsindəki rolu da tənqid edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.