Rusiya mətbuatı Qurban Qurbanovu “Spartak Moskva”ya namizəd göstərdi
Qurban Qurbanov Rusiyanın tanınmış media qurumu tərəfindən ölkənin ən populyar klubunun baş məşqçisi vəzifəsinə namizəd göstərilib.
Aztime.az xəbər verir ki, bu haqda “Sport den za dnyom” nəşrinin yazısında qeyd olunub. Söhbət Moskvanın “Spartak” komandasından gedir.
Qurbanovla yanaşı, bir neçə başqa əcnəbi mütəxəssisin də adı çəkilib.
“Qurban Qurbanov ən gözlənilməz, amma maraqlı variantdır: əcnəbi məşqçi olsa da, rus dilini bilir və postsovet məkanında işləmək təcrübəsinə sahibdir. 1999-2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” komandalarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolu kəsişməyib. Bununla belə, o, “Qarabağ”da rusiyalı futbolçular, o cümlədən milli komandanın qapıçısı Andrey Lunyovu çalışdırıb və bu klubla avrokuboklarda uğurla çıxış edir. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə hər şey qaydasında olmasa da, məlumdur ki, idman siyasətdən kənardır”, – deyə nəşr yazır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.