İran və Beynəlxalq Atom Enerjisi Agentliyi razılığa gəldilər
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ölkədə təftişlərin bərpa edilməsi barədə razılığa gəliblər.
Aztime.az-ın xəbərinə görə, bu barədə qurumun rəhbəri Rafael Qrossi “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, müvafiq sənəd Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçı ilə imzalanıb.
“Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 25-də İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləmişdi.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.