Türkiyədə meşə yanğınları ilə əlaqədar 13 nəfər həbs olunub
Türkiyədə meşə yanğınları ilə əlaqədar 13 nəfər saxlanılıb.
Aztime.az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç bəyan edib.
Onun sözlərinə görə, iki nəfərin həlak olduğu təbii fəlakətlə əlaqədar ümumilikdə 67 nəfər şübhəli şəxs barəsində hüquqi tədbirlər görülüb.
“Yanğınların baş vermə səbəbləri ilə bağlı istintaq prosesi davam edir”, – deyə o əlavə edib.
Xatırladaq ki, iyulun 2-si Antalyanın Ermenek rayonunda meşə yanğını başlayıb və yayılaraq 12 vilayəti bürüyüb. Təbii fəlakətə görə, iki nəfər həlak olub, 500-dən çox insan xəsarət alıb, on minlərlə insan təxliyə edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.