Emin Əmrullayev cəmiyyəti savadsızlığa total reaksiya verməyə çağırıb
“Biz savadsızlığa qarşı total reaksiya vermirik”.
Aztime.az “Report”-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev iyulun 6-da “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu problemi nazirlik tək həll edə bilməz: “Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq”.
E.Əmrullayev vurğulayıb ki, orden və medalların dəqiq mənası göstərilməlidir: “Çünki bir müəllim medal və ya orden alması digər müəllimə haqsızlıq ola bilər”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.