Husilər Ben-Qurion hava limanına səsdən sürətli raketlə hücum ediblər
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına zərbə endiriblər. Bunun üçün onlar səsdən sürətli raketdən istifadə ediblər.
Aztime.az-ın verdiyi məlumata görə, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria məlumat verib.
Onun sözlərinə görə, hava limanına “Fələstin-2” tipli hipersəsli ballistik raketlə hücum edilib.
Saria əməliyyatın uğurlu olduğunu və zərbə nəticəsində İsrailin əsas hava limanının fəaliyyətini dayandırdığını deyib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrindən (SAXAL) HHQ-nin Yəmən ərazisindən buraxılan raketi zərərsizləşdirdiyi bildirilib. Məlumata görə, İsrailin bir sıra rayonlarında hava həyəcanı siqnalları səslənib. Dağıntılar və ya yaralılar barədə məlumat daxil olmayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.