Zelenski: “1 200 əsirin mübadiləsi üzrə Rusiya ilə razılıq əldə olunub”
“Rusiya və Ukrayna əsir hərbçilər arasında “1 200-ün 1 200-ə” formulu üzrə mübadilə həyata keçirməyi planlaşdırırlar”.
Aztime.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, mübadilə ilə bağlı razılaşma var, tərəflər siyahılar üzərində işləyirlər:
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya nümayəndəsi ilə təmas barədə məlumat verib”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.