Stiven Siqal Rusiyada 50 zavod tikəcək
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominikə məxsus “Hikari” şirkəti Rusiyanın Volqoqrad vilayətində təkrar plastik emalı zavodu tikəcək.
Aztime.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə şirkətin həmtəsisçisi Mixail Zamarin məlumat verib.
“Biz ilk birgə layihəni 2026-cı ilin yayında işə salmağı planlaşdırırıq”, – o deyib.
Zamarinin sözlərinə görə, bu layihə çərçivəsində 2030-cu ilə qədər Rusiyada 50 təkrar plastik emalı zavodunun tikintisi planlaşdırılır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.