Nəriman Axundzadə karyerasını İngiltərə klubunda davam etdirə bilər – İDDİA
“Qarabağ”ın 21 yaşlı hücumçusu Nəriman Axundzadə “Liverpul”a keçə bilər.
Aztime.az “Transfermarkt”a istinadən xəbər verir ki, keçidin baştutma ehtimalının 56% olduğu bildirilir.
Axundzadə bu mövsüm Çempionlar Liqasında altı oyuna çıxıb, iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə nəhəngi qitənin ən mötəbər klub turnirinin əsas mərhələsində “Qarabağ”ın səkkiz rəqibindən biridir.
“Liverpul” klubunun rəsmiləri Nərimanın “Liverpul”a keçib-keçməyəcəyinə “Enfild”də baş tutacaq oyundan sonra qərar verəcəklər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.