Mübariz Tağıyev: “Şuşa öz mədəniyyəti ilə bütün dünyada tanınmağa və sevilməyə layiqdir”
Mübariz Tağıyev: “Şuşa öz mədəniyyəti ilə bütün dünyada tanınmağa və sevilməyə layiqdir”
“Şuşa öz mədəniyyəti ilə bütün dünyada tanınmağa və sevilməyə layiqdir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib.
Görkəmli sənətkar qeyd edib ki, Şuşa hər zaman faktiki olaraq Azərbaycan mədəniyyətinin mərkəzi olub və bu gün tarixi funksiyasını davam etdirməkdədir:
“Şuşa hər zaman faktiki olaraq Azərbaycan mədəniyyətinin mərkəzi rolunda çıxış edib. Şuşa mədəniyyətimizə, incəsənətimizə çox böyük simalar bəxş edib. Bu baxımdan islam ölkələrində “Şuşa günləri”nin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği deməkdir.
Əminəm ki, dünya xalqları bizim mədəniyyətimizlə daha yaxından tanış olduqca bu mədəniyyətin nə qədər böyük, rəngarəng və özünəməxsus olduğunu görəcək, gördüklərini, şahidi olduqlarını heyranlıqla izləyəcəklər”.