Bakıda tıxac problemini aradan qaldırmaq üçün nəzərdə tutulan layihənin icrası təxirə salındı – VİDEO
Bakıda tıxac problemini aradan qaldırmaq üçün nəzərdə tutulan layihənin icrası təxirə salındı – VİDEO
Bakının əsas yollarından birində tıxac problemini aradan qaldırmaq üçün nəzərdə tutulan layihənin icrasının vaxtı dəyişdirilib.
Söhbət Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə uzanan yoldan gedir.
Sürücülər bu yolda uzun müddət tıxacda qaldıqları üçün yolun genişləndirilməsi nəzərdə tutulmuşdur. Hətta parkın olduğu ərazi hasarlanmışdır. İki ay bağlı qalan park bu gün yenidən açılıb. “Lalə” parkında yaşıllaşdırma işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarından öyrəndik ki, yol çəklişinin layihə olaraq icrası payıza qədər təxirə düşüb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.
Agentlikdən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, ərazidə tıxacın azaldılması və nəqliyyat axınının sabitlənməsi məqsədilə yeni layihə icra ediləcək: “Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən yeni layihə hazırlanıb və yaxın vaxtlarda ərazidə işlərə başlanılacaq. Layihənin nədən ibarət olması da həmin vaxt ictimaiyyətə açıqlanacaq”.
Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətindən də faktı təsdiqlədilər.
Qeyd olundu ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən hər iki quruma müraciət olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: