Siyasi gərginlikdən sonra Qvatemala prezidenti vəzifəsinin icrasına başladı – YENİLƏNİB + VİDEO
Siyasi gərginlikdən sonra Qvatemala prezidenti vəzifəsinin icrasına başladı – YENİLƏNİB + VİDEO
Qvatemalada yaşanan qarışıqlığa baxmayaraq yeni seçilən prezidentin inauqurasiya mərasimi keçirilib. Andiçmə mərasimi planlaşdırılandan bir neçə saat sonra baş tutub.
Mərasim yerli kanallarda canlı yayımlanıb.
Bildirilir ki, Bernardo Arevalo artıq rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
11:02
Qvatemalanın seçilmiş prezidenti Bernardo Arevalonun andiçmə mərasimi Respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat yubanır.
Bildirilir ki, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edir ki, onun rəqibləri mərasimi qəsdən gecikdirirlər.
“Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə borcludurlar. Demokratiyanı qanunsuzluq və hakimiyyətdən sui-istifadə ilə sarsıtmağa cəhd göstərirlər. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu izləyir”, – deyə o, “X” hesabında yazıb.
Arevalonun tərəfdarları Qvatemala şəhərinin küçələrinə toplaşaraq, mərasimin başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkinin nəticələrinin təsdiqinə mane olan Respublika Baş Prokurorluğunun əleyhinə şüarlar səsləndiriblər.
Sosial şəbəkələrdə seçilmiş prezidenti dəstəkləyən deputatların mərasimdən əvvəl zəncirlənməsi, polislərin isə Arevaloya dəstək üçün toplaşan insanlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi ilə bağlı kadrlar yayılıb və bu çevrilişin əlamətləri kimi qiymətləndirilir.
Bernardo Arevalo Qvatemalanın ən məşhur lideri Xuan Xose Arevalonun oğludur.
Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, bir sıra Latın Amerikası ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri iştirak edirlər.
Mənbə: “Svejesti” “Telegram” kanalı