Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir – YENİLƏNİB + FOTO
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir – YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulanıb və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələlər nəzərdən keçirilib:
– Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasına hazırlıq;
– Ticarət dövriyyəsinin artımı və biznes əlaqələrinin inkişafı istiqamətində təşəbbüslər;
– COP29 çərçivəsində əməkdaşlıq;
– Dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin perspektivləri.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, #Azərbaycan–#BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirilən görüşümüzdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla… pic.twitter.com/D4QWzahL3o
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
13:01
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri, regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlar və ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərimizi bölüşdük”, – iqtisadiyyat naziri bildirib.
12:23
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, – iqtisadiyyat naziri bildirib.
09:37
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər,
Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq”, – iqtisadiyyat naziri bildirib.
09:07
“Davos İqtisadi Forumu çərçivəsində “Japan Tobacco International” şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində “Japan Tobacco International” şirkətinin (@JTI_global) prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq. Azərbaycanın… pic.twitter.com/MBRil7B33H
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024