ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçib
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçib
ABŞ Maliyyə Nazirliyinin statistikasına görə, dövlət borcunun həcmi ilk dəfə olaraq 34 trilyon dollar həddini keçib.
Statistika 1993-cü ildən başlayaraq məlumatları əks etdirir.
Hazırda ölkənin ümumi ödənilməmiş dövlət borcu 34 trilyon 1 milyard 493 milyon ABŞ dollarıdır.
Milli borcun əvvəlki rekord səviyyəsi – 33 trilyon dollar sentyabrın ortalarında qeydə alınıb.
Mənbə: rbc.ru