Təbrizdə Azərbaycan musiqisinə və məcburi hicaba görə restoran bağlandı – VİDEO
Təbrizdə Azərbaycan musiqisinə və məcburi hicaba görə restoran bağlandı – VİDEO
Təbrizin Xosrovşah qəsəbəsində restoranlardan biri Azərbaycan musiqisi səsləndirildiyi və məcburi hicab qaydalarına əməl edilmədiyinə görə bağlanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
Məsələ ilə bağlı Təbriz şəhər polis idarəsinin rəisi Yadulla Cahanara məlumat verib.
O, restoranda baş verənləri “əxlaq və ictimai normaların pozulması” kimi qələmə verib və bu səbəbdən restoranın fəaliyyətinə qadağa qoyulduğunu deyib.
Qeyd edək ki, bu il İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə üç min iş yerinin fəaliyyəti qadağan edilib.