Cəlilabadda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçiriblər
Cəlilabadda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçiriblər
Cəlilabad rayonunda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçiriblər.
“Report”un məlumatına görə, fləşmob 8 Noyabr Zəfər Günü ilə əlaqədar “Yaşasın Azərbaycan” tədbirlər planının icrasına əsasən baş tutub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən fləşmobda Azərbaycan xəritəsi yaradılıb.
Tədbirdə 350 gənc iştirak edib.