Orxan Məmmədov Acun İlıcalı ilə görüşdü: “Zirə” “Hall Siti” ilə əməkdaşlıq edəcək – FOTO
Orxan Məmmədov Acun İlıcalı ilə görüşdü: “Zirə” “Hall Siti” ilə əməkdaşlıq edəcək – FOTO
“Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Bakıda səfərdə olan İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibi Acun İlıcalı ilə görüşüb.
O.Məmmədov görüşlə bağlı şəxsi “X” hesabında paylaşım edib. O, səmimi keçən görüşdə klublar arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdiklərini vurğulayıb.
Bakıda səfərdə olan @HullCity və Shelbourne @shelsfc FK-nın sahibi,@acunmedya qrupunun qurucusu,türk iş adamı Acun Ilıcalı @acunilicali ilə görüşdüm.Səmimi şəraitdə keçən görüşdə @ZirePFK ilə əməkdaşlıq və ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdik. pic.twitter.com/dnW13gu0Xk
— Orkhan Mammadov (@MammadovOrkh) October 23, 2023