Ukrayna 9 İran PUA-sını zərərsizləşdirib
“Rusiya ordusu son sutkada İran istehsalı olan 10 “Şahed” pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib. Onlardan 9-u vurulub”.
“Aztime.az“ın xəbərinə görə bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Rusiya ordusu Ukrayna ərazisinə 11 raket və 4 hava zərbəsi endirib, raket salvo sistemlərindən isə 43 hücum təşkil edib. Ümumilikdə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmənin 80-dən çox hücumunu dəf edib.
Qeyd olunub ki, Rusiya ordusunun Belarus ərazisindəki döyüş hazırlığı davam edir: Məlumata görə, Baxmuta hücum cəhdləri səngimir. Bu istiqamətdə 22 hücum dəf edilib. Zaporojye və Xerson istiqamətində isə Rusiya tərəfin 30-dan çox yaşayış məntəqəsində yanğınlar törətdiyi deyilir. Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 6 zərbə endirib. Baş Qərargah onu da bəyan edib ki, raket qoşunları və artilleriya bölmələri isə 1 idarəetmə məntəqəsini, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 6 ərazini, 2 sursat anbarını və 2 yanacaq-sürtkü materialı anbarını vurub