Rusiya sakini tüfənglə dostunu öldürdü: Verdiyi açıqlama dəhşətə gətirdi – FOTO
Rusiya sakini tüfənglə dostunu öldürdü: Verdiyi açıqlama dəhşətə gətirdi – FOTO
Rusiyanın Tula vilayətinin sakini dostu tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
Dostunu öldürən sərxoş kişinin qətllə bağlı açıqlaması isə hamını dəhşətə gətirib.
Dindirmə zamanı o etiraf edib ki, dostu qəfildən ona iyrənc gəlməyə başlayıb.
45 yaşlı Sergey Lukaşin (fotodakı) Donskoy şəhərində yaşayan 34 yaşındakı Pivnyuk soyadlı dostunun evinə qonaq gəlib. Ov həvəskarı olduğu üçün silahını da özü ilə gətirib.
Onlar yeyib-içiblər, ovdan, balıqçılıqdan söhbət ediblər. Bir məqamda söhbət ortaq tanışları olan qadından düşüb. Qadın üstündə yaranan mübahisə isə ciddi münaqişəyə çevrilib. Bu zaman ovçu olan Lukaşin silahını götürərək Pivnyukun qarnına iki dəfə atəş açıb və qaçıb. Pivnyuk yerindəcə dünyasını dəyişib.
Qatil tez bir zamanda polis tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: “SHOT” “Telegram”