Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılmış məlumatlara münasibət bildirdi – FOTO
Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılmış məlumatlara münasibət bildirdi – FOTO
Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Şəmsəddin Abasovun biznes fəaliyyəti ilə məşğul olmasına dair məlumatlar yayılıb. Məlumatda, həmçinin, Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələnin araşdırılmadığı iddia olunur.
Sumqayıt Apellyasiya Məhkəməsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yazıda adıçəkilən şəxs hazırda hakim kimi fəaliyyət göstərmir. Qeyd olunub ki, Ş.Abasov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
“Belə ki, cari ilin mart ayında hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq onun səlahiyyətlərinə xitam verilib. Bu baxımdan media nümayəndələrini dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”, – deyə bildirilib.