Sədr: “2021-ci ildə portfel üzrə keçirilmiş auditlərin 54%-i açıqlanırdısa, 2022-ci ildə bu 60%-ə yüksəlib”
Sədr: “2021-ci ildə portfel üzrə keçirilmiş auditlərin 54%-i açıqlanırdısa, 2022-ci ildə bu 60%-ə yüksəlib”
“Bu ilin səkkiz ayında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində artıq xərcləmənin, eləcə də büdcəyə hesablanmamış ödənişlərin məbləği 91,6 milyon manat təşkil edib”.
Oxu.Az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin məbləğin 39,6 milyon manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul edilib:
“Cinayət əməlinin olduğu ehtimal edilən doqquz material üzrə 28,5 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 23,5 milyon manatdan çox hissəsinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox sosial xarakterli ödənişlərlə bağlı olub”.
Sədr əlavə edib ki, 2021-ci ildə portfel üzrə keçirilmiş auditlərin 54%-i açıqlanırdısa, 2022-ci ildə bu rəqəm 60%-ə yüksəlib:
“2023-cü il üzrə bu nisbətin artırılmasını hədəfləyirik. Hesab edirik ki, qurumların auditin nəticəsi olaraq görülən işlər barədə ictimaiyyəti məlumatlandırmağı bu hədəfi daha nəticəli edə bilər”.
İlhamə Əbülfət