Almaniyada Avropa İttifaqından narazıdırlar
Almaniyada Avropa İttifaqından narazıdırlar
“Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Elis Vaydel bəyan edib ki, Avropa İttifaqı (Aİ) indiki formada zamana uyğun deyil və almanlar orada yaşamaq istəmirlər.
Siyasətçinin müsahibəsi ARD “YouTube” kanalında dərc olunub.
“Bu ölkənin sakinləri artıq belə bir Aİ-yə sahib olmaq istəmirlər. Bu, zamanla tamamilə əlaqəsi olmayan bir quruluşdur”, – o deyib.
Siyasətçi hesab edir ki, Aİ əvəzinə Avropa iqtisadi icması yaratmaq lazımdır.
O, həmçinin Aİ və Avropanın məna kəsb etdiyi sahələrdə inkişafına töhfə vermək arzusunu ifadə edib.
Vaydelin fikrincə, xüsusilə, daxili bazarın inkişafına kömək etmək, ümumi təhlükəsizlik və müdafiə siyasətini həyata keçirmək, həmçinin sərhədlərin mühafizəsinə diqqət yetirmək olardı.
“Qeyd etdiyim bütün sahələrdə Aİ onilliklər ərzində gözləntiləri yerinə yetirmədi”, – o əlavə edib.