Keçmiş sevgilisini döyməkdə ittiham olunan ulduz futbolçu Braziliya millisindən uzaqlaşdırıldı
Keçmiş sevgilisini döyməkdə ittiham olunan ulduz futbolçu Braziliya millisindən uzaqlaşdırıldı
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antoni Braziliya millisinin heyətindən uzaqlaşdırılıb.
Bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb. Bildirilib ki, buna səbəb 23 yaşlı hücumçuya məhkəmə işinin açılmasıdır. Forvard keçmiş sevgilisinə şiddət göstərməkdə ittiham edilir.
Antoninin əvəzinə yığmaya “Arsenal”ın hücumçusu Qabriel Jezus dəvət olunub.
Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində sentyabrın 9-da Boliviyanı qəbul edəcək, 13-də Perunun qonağı olacaq.