Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlanılıb
Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlanılıb
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayıb.
Buna səbəb Salome Zurabişvinin Avropa İttifaqına razılaşdırmadan səfər etməsidir.
Artıq “Gürcü Arzusu” bəyanatla çıxış edərək, hüquqi prosedura start verildiyini açıqlayıb.
“Gürcü Arzusu” ölkə konstitusiyasına istinad etdiyini, hökumətin razılığı alınmadan rəsmi səfərlərin həyata keçirilməsinin yolverilməz olduğunu bəyan edib.
Mənbə: TASS