Ermənistan ordusunun təxribatına CAVAB: İki hərbçiləri ölüb, biri yaralanıb
Azərbaycan-Ermənistan şərti sərhədində qarşı tərəfin törətdiyi təxribata cavab olaraq Ordumuz tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin iki hərbçisi ölüb, bir nəfər yaralanıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ancaq ölən hərbçilərin məlumatları, eləcə də yaralı hərbçinin səhhəti barədə məlumat verilməyib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Zərbə nəticəsində iki hərbi qulluqçumuz yaralanıb. Bundan öncə isə erməni təxribatı nəticəsində hərbi qulluqçumuz Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.